Azərbaycanda daha 10 BANK bağlanacaq – Siyahıda HANSILAR ola bilər? 

Azərbaycanda daha 10 BANK bağlanacaq – Siyahıda HANSILAR ola bilər? 

Hazırda oxunan: Azərbaycanda daha 10 BANK bağlanacaq – Siyahıda HANSILAR ola bilər? 

122129

Azərbaycanda hazırda 25 kommersiya bankı fəaliyyət göstərir. Amma əksəriyyəti səmərəli, gəlirlə işləmir. Bir sıra bankların mövqeyi ildən-ilə daha da zəifləyir. Nəticədə onlar bağlanmaq və ya digərlərilə birləşmək təhlükəsizlə üz-üzə qalırlar. 

Qeyd edək ki, sonuncu dəfə Azərbaycanda 2020-ci ildə 4 bank fəaliyyətini dayandırıb. 

Hazırda beynəlxalq sferada olan istisadi təbədülatlar da bank sektoruna təsir edən ən birinci faktorlardan birinə çevrilib. Belə bir şəraitdə cari ildə Azərbaycan banklarını nə gözləyir? Daha neçə bank bağlanmaq təhlükəsilə üz-üzədir?
Bizim.Media-ya açıqlama verən maliyyə-bank eksperti Əkrəm Həsənov bildirir ki, qarşıdakı 5 ildə 10 bank bazarın bu seqmentində fəaliyyətini dayandırmalı olacaq:

“Sonuncu dəfə 2020-ci ilin aprel-may aylarında 4 bank bağlandı. Ötən il Pakistan bankı bağlandı. Amma o könüllü şəkildə bağlanıb. Cari il üçün də bəzi bankların bağlanması təhlükəsi mövcuddur. Bu təhlükə iki istiqamətdədir. Azərbaycanda inhisarlaşma meylləri güclənib.

Fəaliyyət göstərən 4-5 bank kapital, kredit göstəricilərinə görə bank bazarının 60 faizindən çoxuna nəzarət edir. Ona görə də həmin banklar bazar şərtlərini diktə etmək gücündədir. Kiçik və orta banklar kredit faizlərinin artırılmasında maraqlıdır.

Mərkəzi Bankın uçot dərəcəsini artırması ilə kredit faizlərinin artırılması üçün də obyektiv şərait yaranıb. Mərkəzi Bank bankların onda saxladığı məcburi ehtiyat normasını 4-dən 5 faizə çatdırıb. Fevralın 1-dən əmanətlər üzrə də 10 faizlik vergi də tələb olunur.

Belə vəziyyətdə bəzi banklar əmanətçiləri itirməmək üçün əmanət faizlərini artırmaq istəyir. Amma orta və kiçik banklar vəsait çatışmazlığı səbəbindən bunu edə bilmir. Bu da son nəticədə kiçik və orta bankların maliyyə vəziyyətinin getdikcə daha da pisləşməsilə sonuclanır. 

Mərkəzi Bank isə digər tərəfdən, nəzarət tədbirlərini daha da gücləndirir. 

Nəticədə, yaxın 5 ildə ilk onluğa daxil olmayan, yerdə qalan 15 bankın fəaliyyəti səmərəli olmaya bilər. Həmin dövrdə bankların sayı indiki kimi, 25 deyil, 15-ə düşəcək. Bəlkə də daha az”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO