EBRD Azərbaycanla səmərəli əməkdaşlığı davam etdirəcək

EBRD Azərbaycanla səmərəli əməkdaşlığı davam etdirəcək

Hazırda oxunan: EBRD Azərbaycanla səmərəli əməkdaşlığı davam etdirəcək

115835

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanla əməkdaşlığın müsbət dinamikasını 2023-cü ildə də davam etdirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə report.az-a açıqlamasında EBRD-nin siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman bildirib.

“2023-cü ilin başlanğıcı da məhsuldar oldu. Səfərim zamanı Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində biz bu qurğuşunun istehsal olunduğu akkumulyatorları təkrar emal etmək imkanlarını genişləndirmək üçün təkrar emal edilmiş qurğuşun istehsalçısına dəstək olmaq üçün ilk dairəvi iqtisadiyyat layihəmizi imzaladıq.

Bu nailiyyətlərə nəzər salaraq əminəm ki, Azərbaycanla məhsuldar əməkdaşlığımız davamlı infrastruktur, yaşıl maliyyə, iqtisadi inteqrasiya və rəqəmsallaşma sahələrində davam edəcək. Biz bu sürəti 2023-cü ildə və ondan sonra da qoruyacağıq”, - M.Bouman deyib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO