“Turan” maliyyə tətbiqi Türkiyədən Azərbaycana bir neçə saniyə ərzində komissiyasız pul köçürmələrinə başlayıb.
Bizim.Media "Bloomberght.com"a istinadən xəbər verir ki, komissiyasız pul köçürmələri Türkiyədən Azərbaycandakı bütün kartlara təklif edilir.
Qeyd edək ki, 2022-ci ilin sonuna Türkiyədə 68 mindən çox Azərbaycan vətəndaşı yaşayır.
Bu vətəndaşların ən mühüm problemlərindən biri ölkələrinə pul köçürmələri prosesində yaranan çətinliklərdir. Tətbiq bu addımla həmin şəxslər üçün rahat ödəmə imkanı yaradacaq.
Xatırladaq ki, “Turan” maliyyə tətbiqi Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi türkdilli dövlətlərdə də fəaliyyət göstərməyi hədəfləyir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:28 / 16.01.2023
Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrinə başlanılır
Hazırda oxunan: Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrinə başlanılır
Hazırda oxunan: Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrinə başlanılır
115037
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.