Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 79,8%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Bu ilin yeddi ayında neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 9,6% azalıb.
Cari ilin yanvar-iyul ayları ərzində BTC vasitəsilə 16,745 mln ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 11% azdır.
Dövr ərzində BTC kəməri ilə 2,419 mln ton (11% az) tranzit nefti də nəql edilib.