“Azərbaycan və İranla enerji sistemlərimizin birləşdirilməsi gücləndirilməlidir” – Rusiyalı nazir 

“Azərbaycan və İranla enerji sistemlərimizin birləşdirilməsi gücləndirilməlidir” – Rusiyalı nazir 

Hazırda oxunan: “Azərbaycan və İranla enerji sistemlərimizin birləşdirilməsi gücləndirilməlidir” – Rusiyalı nazir 

110713

“Rusiya Azərbaycan və İranla enerji sistemlərinin birləşdirilməsi istiqamətində işi gücləndirməlidir”. 

Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov İranın energetika naziri Əli Əkbər Mehrabianla görüşündə deyib. 

“Layihənin həyata keçirilməsində nəzərə alınmalı olan prioritet məsələlərdən biri Rusiya və İranın enerji sistemlərinin etibarlılığının və onların paralel işləməsinin sabitliyinin təmin edilməsidir”, - Rusiyanın Energetika Nazirliyinin rəhbəri qeyd edib. 
Rusiya Energetika Nazirliyinin bəyanatında qeyd edilib ki, İran istilik elektrik stansiyalarının tikintisində və Rusiya enerji avadanlıqlarının, o cümlədən qaz turbinlərinin öz ərazisindəki layihələrdə istifadəsində, Rusiya şirkətləri isə qaz turbinləri sahəsində birgə istehsalda maraqlıdırlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO