ABŞ-ın Energetika Nazirliyi Brent markalı neftin qiyməti üçün proqnoz verən illik hesabat hazırlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası verib.
Mənbə yazır ki, mütəxəssislər "yüksək qiymət ssenarisi" çərçivəsində bir barel neftin 2050-ci ilə qədər təxminən 173 dollara başa gələcəyini iddia edirlər.
İlkin ssenaridə Brent markalı neftin bir bareli 95 dollara qədər bahalaşacaq və "aşağı qiymət ssenarisində" onun dəyəri 48 dollar olacaq.
Qurum neft qiymətlərinin 2020-ci ildə planlaşdırıldığından daha yavaş artacağını da bildirib.
ABŞ-ın neft hasilatının 2023-cü ilə qədər 2019-cu il səviyyəsində olacağı proqnozlaşdırılır.
Hazırda London birjasında Brent markalı xam neftin bir barreli 58,7 dollara başa gəlir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:07 / 04.02.2021
Brent neftinin qiyməti 2050-ci ilə qədər 173 dollar olacaq – ABŞ-ın Energetika Nazirliyi
Hazırda oxunan: Brent neftinin qiyməti 2050-ci ilə qədər 173 dollar olacaq – ABŞ-ın Energetika Nazirliyi
Hazırda oxunan: Brent neftinin qiyməti 2050-ci ilə qədər 173 dollar olacaq – ABŞ-ın Energetika Nazirliyi
10707
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.