"Qarabağ" Avropada xal itirməyən 4 komandadan biridir

Hazırda oxunan: "Qarabağ" Avropada xal itirməyən 4 komandadan biridir

99635

Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 4-ə enib.

Bizim.Media xəbər verir ki, siyahıda "Qarabağ" da yer alıb.

"Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 9 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Lüksemburqda "Düdelanj" (9), Yunanıstanda "Panatinaikos" (8), Ukraynada "Dnepr-1" (6) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.

Xatırladaq ki, "Qarabağ" son turda "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.

“Köhlən atlar" Azərbaycan Premyer Liqasının XI turunda oktyabrın 20-də "Turan Tovuz"u qəbul edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO