Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb - FOTO 

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb - FOTO 

Hazırda oxunan: Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb - FOTO 

96367

Naxçıvan Muxtar Respublikasında badminton idman klubunun yaradılması ilə bağlı tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasından (ABF) məlumat verilib.

Məlumata görə, Naxçıvan Dövlət Universitetidə təşkil olunan yığıncaqda ali təhsil ocağının rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramil Hacı və ABF-in prezidenti Taleh Ziyadov iştirak edib.
Tədbiri giriş sözü ilə açan Ramil Hacı Naxçıvanda badmintonun inkişafı ilə bağlı görülən işlər barədə məlumat verərək bu sahədə həyata keçirilməsi planlaşdırılan tədbirlərdən danışıb.

O bildirib ki, federasiya ilə qurulan sıx əməkdaşlıq əlaqələrinin nəticəsi kimi cari ilin iyun-iyul aylarında burada fiziki tərbiyə müəllimləri üçün Milli Olimpiya Komitəsinin təşkilatçılığı, Dünya Badminton Federasiyasının dəstəyi ilə “Level-1” məşqçilik kursları keçirilib, ilk badminton klubunun yaradılması qərara alınıb.

Taleh Ziyadov isə ölkədə bu idman növünün inkişafından danışaraq, badminton üzrə yaradılan ilk idman klubunun fəaliyyətində uğurlar arzulayıb.

Tədbir zamanı həmçinin “Level-1” məşqçilik kurslarını bitirən fiziki tərbiyə müəllimlərinə Dünya Badminton Federasiyasının sertifikatları təqdim olunub.

Tədbir bitdikdən sonra Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun “Level-1” məşqçilik kurslarını uğurla bitirmiş fiziki tərbiyə müəllimləri və tələbələrlə görüşü keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO