"Formula 1" üzrə Azərbaycan Qran-prisi bu tarixdə KEÇİRİLƏCƏK 

Hazırda oxunan: "Formula 1" üzrə Azərbaycan Qran-prisi bu tarixdə KEÇİRİLƏCƏK 

94869

2023-cü ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi dəqiqləşib. 

Bizim.Media Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, yarış yeni mövsümün ilkin təqvimində planlaşdırıldığı kimi 28 - 30 apreldə baş tutacaq.

Bildirilib ki, daha əvvəl 2018-ci və 2019-cu il Qran-priləri həmin tarixə təsadüf edib. Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda keçirilib.

Qeyd edək ki, Bakı trasındakı son Qran-pri bu il 10 - 12 iyunda gerçəkləşib. Yarışın qalibi "Red Bull"dan Maks Ferstappen olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO