Kike Setyen

Kike Setyen "Barselona"dan 4 milyon avro pulunu ala bilmir

Hazırda oxunan: Kike Setyen "Barselona"dan 4 milyon avro pulunu ala bilmir

9422

İspaniyanın "Barselona" klubu sabiq baş məşqçisi Kike Setyenlə təzminat barədə razılığa gələ bilmir.

Bizim.Media "Cadena Ser"ə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis Kataloniya təmsilçisindən 4 milyon avro tələb edir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan millisinin futbolçusu Niderland klubunda debüt etdi


Klub rəhbərliyi gözləntiləri doğrultmadığı üçün işdən çıxarılan keçmiş baş məşqçiyə təzminat vermək istəmir.

"Barselona" bu cür ödəmələrə çox pul xərcləyib. Klub Setyendən əvvəl Ernesto Valverdeyə 11 milyon avro təzminat ödəyib. Rəhbərlik hazırkı baş məşqçi Ronald Kuman üçün isə Niderland Futbol Federasiyasına 5 milyon avro ödəniş edib.

Qeyd edək ki, Kike Setyen 2020-ci ilin yanvarında baş məşqçi təyin edilib və avqustda istefaya göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO