Qurban Qurbanov:

Qurban Qurbanov: "İddialı qrupa düşmüşük"

Hazırda oxunan: Qurban Qurbanov: "İddialı qrupa düşmüşük"

90631

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının püşkü barədə fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, mütəxəssis G qrupundakı rəqibləri "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant"ın (Fransa) güclü komandalar olduqlarını bildirib.

O qeyd edib ki, "Qarabağ" iddialı qrupa düşüb:

"Görünür ki, hər bir komandanı çox böyük şansı olacaq. "Frayburq", "Nant" "Böyük 5-lik" ölkələrinin komandalarıdır. "Olimpiakos" isə bütün illər boyu həmişə iddialı olub. Rəqiblərlə qısa müddət ərzində yaxından tanış olacağıq.
Çalışacağıq ki, onları maksimum yaxından tanıyaq. Rəqiblərə qarşı düzgün hazırlaşmağa çalışacağıq. Həmişə dediyim kimi, əgər yaxşı nəticə qazanmaq şansımız varsa, bundan maksimum yararlanacağıq. Bizi maraqlı oyunlar gözləyir. Çünki hər bir rəqibin öz oyun üslubu var. Futbolçularımla birlikdə onlara qarşı yaxşı oyun göstərmək üçün əlimizdən gələni edəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO