Bakıda keçiriləcək “Formula-1”x9d tamaşaçıları üçün günəş kremi

Bakıda keçiriləcək “Formula-1”x9d tamaşaçıları üçün günəş kremi

Hazırda oxunan: Bakıda keçiriləcək “Formula-1”x9d tamaşaçıları üçün günəş kremi

88099

“Biz yarışları yüksək səviyyədə keçirmək istəyirik”x9d.

Baku Grand Prix promouter şirkətinin rəhbəri Arif Rəhimov gələn mövsüm üçün “Formula-1”x9din cari təqvimini bəyəndiyini bəyan edib.

“Mən əvvəldən cənab Ekklstoundan bizə yayda slot verməyi xahiş etmişdim. Yarış şəhərin mərkəzində, əhalinin az olduğu vaxtda keçiriləcək. Ona görə də lojistik planda hər şeyin təşkil edilməsi daha asan olacaq.

Bakıda iyulda temperatur adətən 30-32 dərəcəyə çatır, hava Macarıstanda Qran-pri zamanı olan havaya bənzəyir. Axşam 25 dərəcəyə yaxın olur. İsti olacaq. Yeri gəlmişkən, biz bilet alanlara tribunalara daxil olmamışdan öncə yalnız beruşa deyil, eləcə də günəş kremi paylamaq kimi təklif vermək istəyirik. Çalışacağıq ki, tamaşaçılar yarışlara gəlsinlər.   

Təqvimdəki zamana müvafiq olaraq, tamaşaçılarımızı qorumaq üçün bütün tribunaları örtüklə bağlamalı olacağıq. Biz yarışları yüksək səviyyədə keçirmək istəyirik. Qran-pridə iştirak edəcək hər kəsi ”“ tamaşaçıları, mətbuatı, komandaları, FOM, avtomobil federasiyalarının razı qalması üçün sistem hazırlanır. Əsas məqsəd gələn ildə bu yarışlara gəlmək istəyinin yaranması üçün hamını sevindirməkdir”x9d, - Rəhimov “Çempionat”x9da bildirib.  (oxu.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO