“Zirə” bu gün avrokuboklarda ilk oyununa çıxacaq 

“Zirə” bu gün avrokuboklarda ilk oyununa çıxacaq 

Hazırda oxunan: “Zirə” bu gün avrokuboklarda ilk oyununa çıxacaq 

84786

"Zirə" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" (Tel-Əviv, İsrail) ilə ilk matçına çıxacaq.  

Bizim.Media xəbər verir ki, "Dalğa Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

“Zirə” “Makkabi” səddini adlayacağı halda 3-cü  təsnifat mərhələsində “Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalib ilə qarşılaşacaq. "Zirə" ilə "Makkabi" arasındakı cavab oyunu 1 həftə sonra İsraildə keçiriləcək.  

Əlavə edək ki, bu matç "Zirə"nın çalışdırıcısı Rəşad Sadıqovun klub baş məşqçisi kimi avrokuboklarda debüt oyunu olacaq. 
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi 

İlk oyun 

20:00. "Zirə" (Azərbaycan) - "Makkabi" (Tel-Əviv, İsrail) 

Hakimlər: Rob Hennessi, Emmett Dynan, Dermot Broughto, Oliver Moran (İrlandiya) 
"Dalğa Arena" 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO