Moskva Tufana görə 10 milyon avro təklif edib

Moskva Tufana görə 10 milyon avro təklif edib

Hazırda oxunan: Moskva Tufana görə 10 milyon avro təklif edib

8039

Moskvanın CSKA klubu Türkiyənin "Fənərbaxça" klubuna mərkəzi yarımmüdafiəçi Ozan Tufan üçün €10 milyon təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "Hurriyet" portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, 25 yaşlı futbolçu "Milan", "Kristal Palas" və "Vest Bromviç Albion" la da maraqlanır. Lakin "Fənərbaxça" bütün klublara elan etdi ki, Tufanı €15 milyondan ucuz satmayacaq.

Türkiyə çempionatının ötən mövsümündə Ozan 33 oyunda altı qol vurub, 6 qol ötürməsi edib. Bu mövsüm isə 15 oyunda dörd qol vurub və 5 ötürmə edib.

Daha əvvəl "Spartak" və CSKA da "Fənərbaxça" nın futbolçusuna maraq göstəriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO