Atıcılıq üzrə Dünya Kubokunda ilk final mərhələsi başa çatdı - FOTO/YENİLƏNİB

Hazırda oxunan: Atıcılıq üzrə Dünya Kubokunda ilk final mərhələsi başa çatdı - FOTO/YENİLƏNİB

76714

Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb.

Bizim.Media xəbər verir ki, 10 m tapança atıcılığı üzrə qadınlar arasında finalın qalibi polşalı atlet Klaudia Bres olub.

Fransalı Kamilla Yedrjeyevski gümüş, bolqarıstanlı Antuaneta Kostadinova bürünc medala yiyələniblər.

Qalib Lazar Kovaçeviç Azərbaycanda ikinci dəfə olduğunu, daha əvvəl 2017-ci ildə Qəbələdə keçirilən Dünya Kubokunda iştirak edib, 9-cu yer tutaraq, yarımfinala düşə bilmədiyini deyib: 

“Azərbaycanda keçirilən Dünya Kuboku yüksək səviyyədə təşkil olunub. Bütün atletlərə lazımi köməklik göstərilir. Ölkəniz möhtəşəmdi. İnsanlarınızın qonaqpərvərliyi mükəmməldi. Digər atletlərə, idmançılara uğurlar arzulayıram. Təşkilatçılara xüsusi təşəkkürümü bildirirəm”.

13.07

Dünən Bakıda başlayan atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb.

Bizim.Media xəbər verir ki, 10 metr tüfəng atıcılığı üzrə kişilər arasında keçirilən yarışda serbiyalı Lazar Kovaçeviç 16:14 hesabı ilə xorvatiyalı Miran Mariçiçi önləyərək qızıl medal qazanıb.

MÖVZU İLƏ BAĞLI:

Bakıda atıcılıq üzrə Dünya Kubokunun açılışı oldu - FOTO/VİDEO


Yarışın gümüş medalçısı Miran Mariçiç, bürünc medalçısı qazaxıstanlı İslam Usseynov olub. 

10 metr tüfəng atıcılığı üzrə qadınların finalında fransalı Osean Müller rəqibi polşalı Aneta Stankeviçə 16:12 hesabı ilə  qalib gəlib. Rumıniyalı İli Laura-Georgeta bürünc medal sahibi olub.

Qadın və kişilər arasında 10 m tapança atıcılığı üzrə finallar da bu gün keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO