Gimnastlarımız beynəlxalq turnirdə 4 medal qazandılar

Hazırda oxunan: Gimnastlarımız beynəlxalq turnirdə 4 medal qazandılar

76702

İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə 3-cü “Aere Trampoline Cup” beynəlxalq turniri keçirilib.

Bizim.Media Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda təmsilçilərimiz 3 qızıl və 1 gümüş medal əldə ediblər.

Komandamıza ilk qızıl medalı tamblinq üzrə 13-16 yaş qrupunda Bilal Qurbanov qazandırıb.

Bu yaş qrupunda batut üzrə keçirilən yarışda yığma komandamızın üzvləri 3 medal əldə edib.

Belə ki, fərdi proqramda mübarizə aparan Maqsud Mahsudov birinci olub. İdmançımız sinxron cütlük proqramında da komanda yoldaşı Hüseyn Abbasov ilə birlikdə ən güclü olduğunu sübuta yetirib. Sinxron cütlüklər proqramında isə Nicat Mirzəyev və Əli Niftəliyev gümüş medala sahib çıxıblar.

Qeyd edək ki, bu yarışın ardınca yığma komandamızın üzvləri eyni şəhərdə təşkil ediləcək Avropa çempionatında mübarizəyə qoşulacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO