“Real Madrid" 14-cü dəfə Çempionlar Liqasının qalibi oldu – FOTO-VİDEO

Hazırda oxunan: “Real Madrid" 14-cü dəfə Çempionlar Liqasının qalibi oldu – FOTO-VİDEO

76682

Mayın 28-də futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda oynanılan matçda “Liverpul” və “Real Madrid" komandaları qarşılaşıblar.

Oyunun birinci hissəsində hesab açılmayıb. Matçın 59-cu dəqiqəsində Federiko Valverdenin cinah ötürməsindən sonra Vinisius Junior hesabı açıb -1:0. Oyunda başqa qol olmayıb.

Beləliklə, Karlo Ançelottinin yetirmələri minimal hesablı qələbə qazanaraq 14-cü dəfə Çempionlar Liqasının qalibi olublar.

Qeyd edək ki, komandalar qitənin ən nüfuzlu klub turnirində bu oyunadək 8 dəfə üz-üzə gəlmişdilər. Bunların 4-də “Real Madrid”, 3-də isə “Liverpul” qələbə qazanmış, bir görüş heç-heçə başa çatmışdı. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü var idi - 10:8.

Bunadək 13 dəfə Çempionlar Liqasının qalibi olan Madrid təmsilçisi hazırda turnirin ən titullu klubudur. Hazırda Yürgen Kloppun baş məşqçisi olduğu komanda isə Çempionlar Liqasının finalında 6 dəfə qələbə sevinci yaşayıb.

 

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO