AFFA bu klubları cərimələdi

Hazırda oxunan: AFFA bu klubları cərimələdi

75373

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 27-ci turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib. 

Premyer Liqanın 27-ci turunun “Şamaxı” – “Qəbələ” oyununda qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 

“Sabah” – “Sumqayıt” oyununda meydan sahiblərinin futbolçusu Amin Seydiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə, qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. 

“Sabah"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. “Sabah” – “Sumqayıt” oyununda hakimlər otağı isti suyu olan duş ilə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq edilib. 
“Sumqayıt”ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. “Zirə” – “Neftçi” oyununda qonaq komandanın 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO