Bakı Qran-prisində sprint yarışları keçirilə bilər - "Formula-1"

Hazırda oxunan: Bakı Qran-prisində sprint yarışları keçirilə bilər - "Formula-1"

74885

"Formula-1" üzrə Azərbaycan Qran-prisində sprint yarışları keçirilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov açıqlama verib.

O bildirib ki, yeniliyin 2023-cü ildən tətbiq olunması planlaşdırılır:

"Mən sprint yarışlarını çox sevirəm, bunlar Qran-priyə daha çox aktivlik qatır. Sprint yarışının təkcə Bakı üçün deyil, istənilən promouter üçün cəlbediciliyi ondan ibarətdir ki, şənbə günü daha çox azarkeş cəlb edilə bilər".

Rəhimovun sözlərinə görə, Azərbaycanda tamaşaçıların əksəriyyəti Formula-1 haqqında o qədər də məlumatlı deyil: 

"Ona görə də iki yarışımız olduğunu söyləyəndə, bu, şübhəsiz ki, azarkeş marağını artıracaq".

İcraçı direktor sprint yarışlarına ev sahibliyi etməkdən məmnun olacaqlarını söyləyib:

"Ümid edirəm ki, bunu əldə edəcək altı Qran-pridən biri biz olacağıq. Mən bu fikri çox bəyənirəm. Düşünürəm ki, illər ərzində hər şeyi bir az qarışdırmaq yaxşıdır. Çünki insanlar eyni formata çox öyrəşdikdən sonra maraq itir və bu, darıxdırıcı olur".

Qeyd edək ki, cari mövsüm Formula-1 üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO