\"Qarabağ\" klubunun fəxri prezidenti: \"Artıq azad Qarabağı təmsil edirik\" - FOTO

Hazırda oxunan: \"Qarabağ\" klubunun fəxri prezidenti: \"Artıq azad Qarabağı təmsil edirik\" - FOTO

74834

"Qarabağ" Azərbaycan Premyer Liqasında qazandığı 9-cu çempionluğu qeyd edib.

Bizim.Media report-a istinadən xəbər verir ki, "Dreamland" qolf adasında təşkil olunmuş mərasimə klubun fəxri prezidenti və sahibi Abdolbari Gözəl, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl, digər rəsmi şəxslər, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında komandanın bütün üzvləri və jurnalistlər qatılıb.

Təəssüratlarını bölüşən fəxri-prezident artıq azad Qarabağı təmsil etdiklərini bildirib:

"Bu gün bizim üçün qürurverici gündür. İki cəhətdən çox xoşbəxtik. Əvvəla ona görə ki, hər zaman azad Qarabağı təmsil etməyimizi istəyirdik. Cənab Prezident 44 gün ərzində bizi qələbəyə istiqamətləndirdi".
Tədbirdə Çempionlar Liqası himninin sədaları altında üzərində "Qarabağ" - çempion" yazılmış tort bütün komanda üzvlərinin iştirakı ilə kəsilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO