Güləşçilərimiz Albaniyada 2 medal qazandılar - FOTO

Hazırda oxunan: Güləşçilərimiz Albaniyada 2 medal qazandılar - FOTO

74432

Albaniyanın paytaxtı Tiranada güləş üzrə beynəlxalq turnir keçirilib.

Bizim.Media Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, mayın 12-də start götürən yarış 4 gün davam edib.

Turnirdə ölkəmizi sərbəst güləş üzrə yığmamızın 2 üzvü, uzun müddət zədə üzündən yarışlarda iştirak edə bilməyən Xadjimurad Qadjiyev (74 kq) və Vaxit Qalayev (125 kq) təmsil ediblər.

X.Qadjiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. V.Qalayev isə bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO