Formula 1 Azərbaycan Qran Prisinə gerisayım BAŞLADI

Hazırda oxunan: Formula 1 Azərbaycan Qran Prisinə gerisayım BAŞLADI

73963

2022 Formula 1 Azərbaycan Qran Prisinin Bakı küçələrinə qayıtmasına düz bir ay qalıb.  10-12 iyun tarixlərində  həftəsonu keçiriləcək,  F1-in ən həyəcanlı və gözlənilməz yarışına azarkeşləri qəbul edəcək Bakı Şəhər Halqası sonuncu hazırlıqlarını tamamlayır. 

Bizim.Media xəbər verir ki, Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov çoxdandır gözlənilən F1-in Bakıya “tam” qayıtması ilə bağlı fikirlərini bölüşüb:  

“Bütün biletlərin alınacağına ümid edir,  izdihamı qarşılamağa səbrsizlənirik. Beş yarışda beş fərqli qalibimizin olması çox gözəldir. Formula 1 azarkeşləri bu yarışı qaçırmamalıdır. Mövsümün ən gözlənilməz yarışı onu çox həyəcanlı edir!”.  
Xatırladaq ki, təqvimə əsasən Formula 1 üzrə Azərbaycan Qran Prisi 2022-ci il iyunun 12-si baş tutacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO