Azərbaycan Qran-prisinin şüarı açıqlandı - “F1 qayıdır: trekə və tribunaya!”

Hazırda oxunan: Azərbaycan Qran-prisinin şüarı açıqlandı - “F1 qayıdır: trekə və tribunaya!”

70439

10-12 iyun tarixlərində baş tutacaq Formula 1 2022 Azərbaycan Qran Prisi bu il həm trekdə, həm də tribunada öz azarkeşlərinə unudulmaz həyəcan yaşadacaq. 

Bizim.Media xəbər verir ki, iki il davam edən pandemiya səbəbindən 2020-ci ildə təxirə salınmış, növbəti il isə tamaşaçısız keçirilən Formula 1 yarışları bu mövsüm yenidən öz tamaşaçıları ilə görüşəcək. 

Bu səbəbdən, sayca altıncı olan yarışın builki şüarı “F1 qayıdır: trekə və tribunaya!” olaraq müəyyənləşdirilib. 

10 iyundan etibarən 3 gün ərzində Formula 1 pilotları paytaxt küçələrini möhtəşəm rəqabət və inanılmaz sürətlə ram edəcəklər. 
Bakı Şəhər Halqası Formula 1 pilotları və həvəskarlarını tezliklə ölkəmizdə qarşılamağa səbrsizləndiyini çatdırır. 

Əlavə olaraq, Formula 1 Azərbaycan Qran Prisi mövsümün ən parlaq vizuallarını təqdim edir. İlk dəfədir ki, onların Azərbaycanın üç rəngli bayrağının rəngləri ilə, daha vətənpərvər ruhda simvolizə olunduğuna şahid oluruq. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO