Formula 1 Azərbaycan Qran Prisinə 2 ay qaldı - Bilet ən çox hansı ölkələrdən alınır?  

Hazırda oxunan: Formula 1 Azərbaycan Qran Prisinə 2 ay qaldı - Bilet ən çox hansı ölkələrdən alınır?  

69583

2022-ci il Formula 1 mövsümündə Azərbaycan Qran Prisinin başlamasına son 2 ay qalır. 

Bizim.Media xəbər verir ki, 10-12 iyun tarixlərində keçiriləcək bu mötəbər yarış 6-cı dəfə Bakı küçələrində öz azarkeşlərinə möhtəşəm həyacan yaşadacaq.   

Ötən il pandemiya səbəbindən tamaşaçısız keçirilən Formula 1 Azərbaycan Qran Prisini bu il yenidən canlı izləmək imkanı olacaq. 

Qeyd edək ki, builki yarışlara bilet satışı 22 fevraldan start götürüb. Hazırda biletlər daha çox Azərbaycan, ABŞ, Böyük Britaniya, Hollandiya və digər Avropa ölkələrindən olan azarkeşlər tərəfindən alınır. 

Pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə axşam konsert proqramı nəzərdə tutulmasa da, ötən illərdə olduğu kimi, bu il də bir qədər fərqli, müxtəlif əyləncə proqramları təşkil olunacaq.  
2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından etibarən, yarışın Bakı mərhələsi qısa müddətdə ən coşğulu, dinamik və gözlənilməz nəticələr təqdim edərək geniş tamaşaçı kütləsi və pilotların sevimlisinə çevrilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO