"Formula 1": Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi məlum oldu

Hazırda oxunan: "Formula 1": Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi məlum oldu

66667

"Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, 50 dövrəlik mübarizənin qalibi adını son dünya çempionu Maks Ferstappen qazanıb.

"Red Bull"un niderlandlı pilotu "Ferrari" pilotları Şarl Lekler və Karlos Saynsı geridə qoyub. "Red Bull"un daha bir pilotu Serxio Peres isə dördüncü olub.

Mövsümün ikinci Qran-prisindən sonra xalını 45-ə çatdıran Lekler şəxsi hesabda liderliyini möhkəmlədib. Sayns 33 xalla 2-ci, Ferstappen 25 xalla 3-cüdür.

Konksruktorlar Kubokunda "Ferrari" 78 xalla 1-ci, "Mercedes" 38 xalla 2-ci, "Red Bull" 37 xalla 3-cüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO