Şarl Lekler Bəhreyn Qran-prisinin qalibi oldu

Hazırda oxunan: Şarl Lekler Bəhreyn Qran-prisinin qalibi oldu

65809

Saxir avtodromunda "Formula 1" üzrə Bəhreyn Qran-prisi keçirilib.

Bizim.Media xəbər verir ki, mövsümün ilk yarışında qalib adını "Ferrari" pilotu Şarl Lekler qazanıb.

Onun komanda yoldaşı Karlos Sayns ikinci, "Mercedes"in sürücüsü Lüis Hemilton üçüncü yeri tutub.

Son dünya çempionu, "Red Bull" pilotu Maks Ferstappen 57 dövrəlik mübarizəni sona çatdıra bilməyib. O, ikinci yerdə getdiyi halda, finişə bir neçə dövrə qalmış yoldan çıxmalı olub.

Komandanın digər üzvü Serxio Peres də üçüncü olduğu mübarizəni bolidində problem çıxdığı üçün sona bir dövrə qalmış bitirməli olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO