“Mançester Siti”nin hücumçusu Erlinq Haaland UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ ilə keçirilən oyunda (2:4) iki rekorda imza atıb.
Bizim.Media UEFA-ya istinadən xəbər verir ki, dubl edən norveçli futbolçu turnir tarixində 60 qol həddinə ən tez çatan oyunçu olub.
Haland buna cəmi 60 matçda nail olub. Əvvəlki rekord Lionel Messiyə məxsus idi. Argentinalı ulduz Çempionlar Liqasında 60-cı qolunu 80-ci oyununda vurmuşdu.
Bundan əlavə, Haaland turnirdə 60 qol vuran ən gənc futbolçu adına da yiyələnib. O, bu həddə 26 yaş 85 günlüyündə çataraq Messini bir gün qabaqlayıb.
Qeyd edək ki, Haaland cari mövsümdə bütün turnirlərdə keçirdiyi 9 matçda 10 qol vurub.
Bizim.Media






























































































