Danimarka millisinin sabiq baş məşqçisi Bo Yohansson 83 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə “TV 2 Denmark” məlumat yayıb.
İsveçli mütəxəssis 1996-2000-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Onun baş məşqçiliyi altında komanda 1998-ci il dünya çempionatında və 2000-ci il Avropa çempionatında iştirak edib. Yohansson 1990-1991-ci illərdə İslandiya millisinin də baş məşqçisi olub.
O, məşqçilik karyerasına başlamazdan əvvəl, 1977-ci ilədək İsveçdə peşəkar futbolçu kimi çıxış edib. Yohansson klub səviyyəsində də bir sıra komandaları çalışdırıb. Mütəxəssis 1994-cü ildə “Silkeborq”la Danimarka çempionu olub.
Bo Yohansson məşqçilik fəaliyyətini 2010-cu ildə başa vurub.
Bizim.Media

- A-
- A
- A+
İdman
00:27 / 16.10.2026
Sabiq baş məşqçi vəfat etdi
Hazırda oxunan: Sabiq baş məşqçi vəfat etdi
Hazırda oxunan: Sabiq baş məşqçi vəfat etdi
642511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































