İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna GÖZ DİKDİ

İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna GÖZ DİKDİ

Hazırda oxunan: İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna GÖZ DİKDİ

642492

“Barselona” və Madrid “Real”ı “Tottenhem”in sağ cinah müdafiəçisi Pedro Porronu hədəfə alıb. Artıq vasitəçilər hər iki klubla danışıqlar aparıblar.

Bizim.Media xəbər verir ki, "TEAMtalk" nəşrinin məlumatına görə, London klubu 27 yaşlı futbolçunu ən azı 75 milyon funt sterlinqə (təxminən 90 milyon avro) satmağa hazırdır.

İspaniyalı müdafiəçinin özü də “Barselona”ya və ya “Real”a keçməkdə maraqlıdır.

Qeyd edək ki, Porro bu mövsüm bütün turnirlərdə 4 oyunda iştirak edib. Onun “Tottenhem”lə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.

"Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 45 milyon avrodur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO