FİFA-nın vitse-prezidentindən İnfantinoya SƏRT MESAJ

FİFA-nın vitse-prezidentindən İnfantinoya SƏRT MESAJ

Hazırda oxunan: FİFA-nın vitse-prezidentindən İnfantinoya SƏRT MESAJ

642488

FİFA-nın vitse-prezidenti Debbi Hyuitt qurumun prezidenti Canni İnfantinonu tənqid edərək onu istefaya çağırıb. 

Bizim.Media xəbər verir ki, narazılığa səbəb turnirlərin kommersiya hüquqlarının özəl investorlara verilməsi planı ilə bağlı sualların cavabsız qalması olub. 

Hyuitt bu barədə BBC-yə açıqlamasında danışıb. Cümə axşamı Sürixdə keçirilən FİFA Şurasının iclası İnfantinonun turnirlərin kommersiya hüquqlarının bir hissəsini özəl investorlara vermək planından geri çəkilməsindən sonra baş tutan ilk toplantı olub. UEFA-nın etirazları və mümkün boykot təhlükəsi fonunda plan dayandırılıb.
 

Hyuittin sözlərinə görə, İnfantino iclasda üzr istəsə də, planla bağlı konkret suallara cavab verməyib. Şura üzvləri, xüsusilə FFE ilə bağlı sənədlərin niyə təqdim olunmadığını öyrənmək istəyiblər. Lakin onlara suallarını yazılı şəkildə göndərmək təklif olunub.


“İnfantino bu suallara cavab verməlidir. Əks halda, o, FİFA prezidenti vəzifəsinə layiq deyil. O, yalnız məsələni Şuranın müzakirəsinə çıxarmadığına görə üzr istədi. Əgər həqiqətən təəssüflənirsinizsə, bunu bizimlə bölüşün”, - deyə Hyuitt bildirib.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ilin fevralından FİFA prezidenti olaraq çalışır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO