“Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi - VİDEO

“Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi - VİDEO

Hazırda oxunan: “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi - VİDEO

635164

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.

"Turan Tovuz" öz meydanında "Sumqayıt"la qarşılaşıb. Görüş Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər oyunda isə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib. Görüş Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Joni Montiel, 8 (1:0), Renaldo Sefas, 67 (2:0), Dumançiç, 72 (2:1), Musa Qurbanlı, 89 (3:1), Ağadadaş Salyanskiy, 90+3 (3:2)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev

VAR: Elçin Məsiyev 

AVAR: Pərvin Talıbov

Tofiq Bəhramov adına Respublika Stadionu

Bu nəticədən sonra “Qarabağ” 9 xalla 3-cü sırada yer alıb. Naxçıvan klubu isə 1 xalla 11-ci pilləni tutur.

Qeyd edək ki, IV turun əvvəlki matçlarında “Qəbələ” “İmişli”yə 2:1, “Şamaxı” “Kəpəz”ə 4:1, “Sabah” “Zirə”yə 5:0, “Neftçi” isə “Şəfa”ya 4:1 hesabı ilə qalib gəlib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO