Gürcüstan və Çexiya fiqurlu konkisürənlərindən rusiyalı idmançılara ETİRAZ

Gürcüstan və Çexiya fiqurlu konkisürənlərindən rusiyalı idmançılara ETİRAZ

Hazırda oxunan: Gürcüstan və Çexiya fiqurlu konkisürənlərindən rusiyalı idmançılara ETİRAZ

635152

Tokioda keçirilən nüfuzlu "Kinoshita Group Cup" beynəlxalq turnirində buzüstü rəqslər növündə çıxış edən rusiyalılar Vasilisa Kaqanovskaya və Maksim Nekrasov gümüş medal qazanıblar. 

Bizim.Media xəbər verir ki, idmançılar yarışda neytral statusda təmsil olunublar.

Turnirdə birinci yeri Gürcüstan təmsilçiləri Diana Devis və Qleb Smolkin, bürünc medalı isə çexiyalı idmançılar Natali Taşlerova və Filip Taşler tutublar.

Qələbə kürsüsündə maraqlı anlar yaşanıb: xarici fiqurlu konkisürənlər rusiyalı idmançılarla birlikdə xatirə şəkli çəkdirmək məqsədilə öz ölkələrinin bayraqlarını kənara qoyublar.

Qeyd olunur ki, oxşar addım təkcə rəqslərdə deyil, həmçinin qadın və kişilərin fərdi yarışları, eləcə də idman cütlüklərinin mübarizəsi başa çatdıqdan sonra digər idmançılar tərəfindən də təkrarlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO