"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi - VİDEO

"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi - VİDEO

Hazırda oxunan: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi - VİDEO

635133

Misli Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qərb təmsilçisinin heyətində 20-ci dəqiqədə Jo Batista, 60-cı dəqiqədə Jorje Silva fərqlənib. Qonaqların qolunu 9-cu dəqiqədə Ronaldo Vaskez vurub.

Xallarının sayını 7-yə çatdıran "Turan Tovuz" 4-cü pilləyə yüksəlib. "Kimyaçılar" sıfır xalla sonuncu-12-ci sırada qalıb.

Günün ikinci görüşündə "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" "Kəpəz"i (4:1), "Sabah" "Zirə"ni (5:0), "Neftçi" "Şəfa"nı (4:1) məğlub edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO