Mourinyonun Arda Gülərlə bağlı qərarı NARAZILIQ YARATDI

Mourinyonun Arda Gülərlə bağlı qərarı NARAZILIQ YARATDI

Hazırda oxunan: Mourinyonun Arda Gülərlə bağlı qərarı NARAZILIQ YARATDI

635082

“Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo “Real Betis”lə oyunda Arda Güləri oyundan çıxardığı üçün İspaniyada sərt tənqidlərə məruz qalıb.

Bizim.Media xəbər verir ki, “Real Betis”in “Real Madrid”i 1:0 hesabı ilə məğlub etdiyi matçda Arda Gülər 64-cü dəqiqədə Mourinyo tərəfindən əvəzlənib.

Onun bu qərarı İspaniyada ciddi müzakirələrə və tənqidlərə səbəb olub.
 

İspaniyalı futbol şərhçisi İnyaki Angulo hesab edir ki, Mourinyo Kilian Mbappeni, Vinisius Junioru və Cud Bellinqemi ehtiyat oyunçular skamyasına göndərməyə cəsarət etmədiyi üçün Arda Güləri asan hədəf seçib.


Angulo Joze Mourinyonun qərarını belə şərh edib:

“Mourinyo “Betis”lə oyunda Arda Güləri sarı vərəqə aldığı üçün əvəzləmədi. O, bunu Mbappeni, Vinisiusu və Bellinqemi ehtiyat oyunçular skamyasına göndərməyə cəsarət etmədiyi üçün etdi”. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO