“Quba Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
Bizim.Media xəbər verir ki, festivalda Azərbaycanla yanaşı, 10 xarici ölkədən 300-dən çox şahmatçı iştirak edir. Turnirin ümumi mükafat fondu 24 min 420 manat təşkil edir.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və “Ağ Top” Şahmat Klubunun birgə təşkilatçılığı ilə sayca ikinci dəfə keçirilən festivalın açılış mərasimində AŞF-nın prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov bildirib ki, regional turnirlər ölkədə şahmatın kütləviliyinin artırılmasında xüsusi rol oynayır.
Yarış şahmat ənənələrinin inkişafında və Quba şahmat məktəbinin formalaşmasında müstəsna xidmətlər göstərən beynəlxalq hakim Qüdrət İsmayılovun xatirəsinə həsr olunub.
“Quba Open 2026” Beynəlxalq Şahmat Festivalı sentyabrın 12-dək davam edəcək.

Bizim.Media








































































































