Bu yayın ən çox transfer edən klubları bilindi

Bu yayın ən çox transfer edən klubları bilindi

Hazırda oxunan: Bu yayın ən çox transfer edən klubları bilindi

634493

"Mançester Siti" yay transfer pəncərəsində yeni futbolçulara ən çox pul xərcləyən klub olub.

Bizim.Media xəbər verir ki, "Transfermarkt"ın hesablamalarına əsasən, İngiltərə klubu bu yay 9 transferə ümumilikdə 526,2 milyon avro ödəyib.
 

"Mançester Siti" İliman Ndiayeni "Everton"dan 70, Enzo Fernandezi "Çelsi"dən 145 milyon avroya transfer edib. Həmçinin Elliot Anderson (135 milyon avro) və Ayub Buaddini (95 milyon avro) heyətinə qatıb.


Ən çox pul xərcləyən 15 klubun siyahısı belədir:

1. "Mançester Siti" - 9 transfer, 526,2 milyon avro

2. "Çelsi" - 10 transfer, 406,7 milyon avro

3. "Tottenhem" - 5 transfer, 366,4 milyon avro

4. "Nyukasl" - 8 transfer, 313 milyon avro

5. "Aston Villa" - 8 transfer, 300,2 milyon avro

6. "Liverpul" - 5 transfer, 264,6 milyon avro

7. "Arsenal" - 4 transfer, 227,1 milyon avro

8. "Real" - 4 transfer, 225 milyon avro

9. "İpsviç" - 14 transfer, 220,7 milyon avro

10. "Barselona" - 7 transfer, 184 milyon avro

11. "Hall Siti" - 15 transfer, 175,7 milyon avro

12. "Mançester Yunayted" - 3 transfer, 173,2 milyon avro

13. "Brayton" - 9 transfer, 165,5 milyon avro

14. "Yuventus" - 9 transfer, 164,4 milyon avro

15. "Milan" - 6 transfer, 163,7 milyon avro

Qeyd edək ki, siyahıda İngiltərə klubları üstünlük təşkil edir. İlk 15-likdə Premyer Liqanın 12 təmsilçisi yer alıb. "İpsviç" və "Hall Siti" isə elitanın yeni iştirakçıları kimi transfer fəallığı ilə seçiliblər. (qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO