2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

Hazırda oxunan: 2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

634102

“Qızıl top”un 2026-cı il üzrə namizədlərinin açıqlanacağı tarix bəlli olub.

Bizim.Media “qol.az”a istinadla xəbər verir ki, “Qızıl top” mükafatının 2026-cı il üzrə bütün kateqoriyalarında namizədlərin siyahısı sentyabrın 8-də açıqlanacaq. Qısa siyahılar mükafatın rəsmi saytında dərc olunacaq.

Mükafat üzrə namizədlərin sayı və kateqoriyalar belədir:

• Kişilər arasında “Qızıl top” - 30 futbolçu

• Qadınlar arasında “Qızıl top” - 30 futbolçu

• Kişilər arasında ilin ən yaxşı gənc futbolçusu - 10 namizəd

• Qadınlar arasında ilin ən yaxşı gənc futbolçusu - 5 namizəd

• Kişilər arasında ilin ən yaxşı qapıçısı - 10 namizəd

• Qadınlar arasında ilin ən yaxşı qapıçısı - 5 namizəd

• Kişilər arasında ilin ən yaxşı məşqçisi - 5 namizəd

• Qadınlar arasında ilin ən yaxşı məşqçisi - 5 namizəd

• Kişilər arasında ilin ən yaxşı hücumçusu - 10 namizəd

• Qadınlar arasında ilin ən yaxşı hücumçusu - 5 namizəd

• İlin ən yaxşı kişi klubu - 5 klub

• İlin ən yaxşı qadın klubu - 5 klub

“Qızıl top-2026”nın təqdimat mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Bu ilki tədbir mükafatın təsis edilməsinin 70 illiyinə təsadüf edir.

Qeyd edək ki, “Qızıl top”un son qalibi PSJ-nin fransalı hücumçusu Usman Dembeledir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO