Bekhemin dünya çempionatından qazancı açıqlandı

Bekhemin dünya çempionatından qazancı açıqlandı

Hazırda oxunan: Bekhemin dünya çempionatından qazancı açıqlandı

626949

İngiltərə milli komandasının sabiq futbolçusu və "İnter Mayami" klubunun həmtəsisçisi Devid Bekhem (David Beckham) 2026-cı il Dünya Çempionatı zamanı reklam kampaniyalarında iştirakı sayəsində təxminən 25 milyon dollar qazanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

İngiltərə millisinin keçmiş kapitanı ən azı 11 brendin reklam kampaniyasında yer alıb. Bununla da Bekhem qazancına görə gəlirləri 20 milyon dollar qiymətləndirilən məşhur müğənni Şakiranı geridə qoyub.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatında 48 milli komanda iştirak edib. İyunun 11-dən iyulun 19-dək davam edən turnir üç ölkədə — ABŞ, Kanada və Meksikada keçirilib. Finalda Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya milli komandası dünya çempionu olub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO