Argentina Futbol Federasiyasının prezidenti saxlanıldı

Argentina Futbol Federasiyasının prezidenti saxlanıldı

Hazırda oxunan: Argentina Futbol Federasiyasının prezidenti saxlanıldı

626947

ABŞ Federal Təhqiqat Bürosu (FTB) Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapianı Nyu-York hava limanında saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə TN məlumat yayıb.

Təşkilatın liderindən və digər üzvlərindən kompüterlər və mobil telefonlar müsadirə edilib.

Tapianın 30 iyulda Florida ştatının Cənub dairəsində ifadə verməsi planlaşdırılır.
Hadisə AFA ilə əlaqəli maliyyə və kommersiya əməliyyatları ilə bağlı istintaq fonunda baş verib.
İstintaq çərçivəsində Klaudio Tapia ilə yanaşı AFA-nın xəzinədarı Pablo Toviqqino, iş adamları Dieqo Lusero və Xavyer Faroninin də adları hallanır. Onların saxtakarlıq və vəsaitlərin mənimsənilməsi ilə bağlı şübhələr fonunda diqqət mərkəzinə düşdüyü qeyd olunur.

Argentina mediasında yer alan məlumatlara görə, müstəntiqlər xüsusilə son təyinat məntəqəsi aydın olmayan iriməbləğli maliyyə köçürmələrini araşdırırlar. ABŞ hüquq-mühafizə orqanlarının ümumilikdə 300 milyon dollardan çox maliyyə əməliyyatını yoxladığı bildirilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO