Növbəti dünya çempionatı ilə bağlı AĞLASIĞMAZ DƏYİŞİKLİKLƏR – FOTO

Növbəti dünya çempionatı ilə bağlı AĞLASIĞMAZ DƏYİŞİKLİKLƏR – FOTO

Hazırda oxunan: Növbəti dünya çempionatı ilə bağlı AĞLASIĞMAZ DƏYİŞİKLİKLƏR – FOTO

626536

Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) prezidenti Alexandro Dominqes 2030-cu il Dünya Çempionatında 64 komandanın iştirak edəcəyini bildirib.

Bizim.Media xəbər verir ki, Dominqes bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Növbəti turnir doğma torpaqlarımızda keçiriləcək! Bizi Uruqvay, Argentina və Paraqvayın ev sahibliyi edəcəyi DÇ-2030 gözləyir. Bu, futbol aləmi üçün turnirin 100 illiyini 64 komandanın iştirakı ilə yarışaraq qeyd etmək üçün möhtəşəm bir imkandır", – deyə o qeyd edib.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı ilk dəfə üç ölkədə (ABŞ, Kanada, Meksika) təşkil olunub və tarixdə ilk dəfə 32 komanda əvəzinə 48 yığmanın iştirakı ilə baş tutub. Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən qəbul edilmiş bu format iştirakçı ölkələrin coğrafiyasını genişləndirməyə və əlavə 40 oyun əlavə edərək matçların ümumi sayını 104-ə çatdırmağa imkan verib.

Öz növbəsində, FİFA prezidenti Canni İnfantino da daha əvvəl Dünya Çempionatında iştirakçıların sayının 64 komandaya çatdırılması ehtimalını istisna etmədiyini bildirmişdi.

Məlumat üçün bildirək ki, DÇ-2030 iyunun 8-dən iyulun 21-dək keçiriləcək və turnirin 100 illik yubileyinə həsr olunacaq. Tarixdə ilk dəfə olaraq mundiala üç qitədə yerləşən altı ölkə eyni vaxtda ev sahibliyi edəcək.

Turnirin əsas ev sahibləri oyunların böyük hissəsinin, o cümlədən qrup mərhələsi və pley-off matçlarının keçiriləcəyi İspaniya, Portuqaliya və Mərakeş olacaq. Uruqvay, Argentina və Paraqvay isə hərəyə bir qarşılaşmaya ev sahibliyi edəcəklər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO