
- A-
- A
- A+
İdman
08:45 / 21.07.2026
Çempionlar Liqası: "Sabah" Finlandiya klubunu sınağa çəkəcək
Hazırda oxunan: Çempionlar Liqası: "Sabah" Finlandiya klubunu sınağa çəkəcək
626505
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz "Sabah" klubu doğma meydanda Finlandiyanın "KuPS komandası ilə qarşılaşır.
Bizim.Media xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, "Sabah" ilk təsnifat mərhələsində Uelsin TNS klubunu iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə məğlub edib.
"KuPS" isə Makedoniyanın "Vardar" klubunu üstələyib. İlk oyunda səfərdə 2:0 hesablı qələbəyə sevinən finlandiyalılar ikinci qarşılaşmada doğma meydanda 2:3 hesabı ilə məğlub olublar.
Xatırladaq ki, "Sabah" və "KuPS" arasında cavab qarşılaşması iyulun 28-də keçiriləcək.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































