DÇ-2026-nın fasilə şousu tənqid hədəfinə çevrildi – FOTO

DÇ-2026-nın fasilə şousu tənqid hədəfinə çevrildi – FOTO

Hazırda oxunan: DÇ-2026-nın fasilə şousu tənqid hədəfinə çevrildi – FOTO

626363

2026-cı il futbol üzrə dünya çempionatının finalında tarixdə ilk dəfə təşkil olunan fasilə şousu tamaşaçıların və tənqidçilərin gözləntilərini doğrultmayıb.

Bizim.Media xəbər verir ki, şouda Castin Biber, Madonna, BTS, Şakira, Coldplay qrupu və digər dünya ulduzları çıxış ediblər. Buna baxmayaraq, sosial şəbəkələrdə proqram "qarışıq", "uyğunsuz" və "vahid konsepsiyası olmayan" şou kimi qiymətləndirilib.
 

Tamaşaçılar xüsusilə Madonnanın fonoqramla çıxışını, Castin Biberin sakit akustik ifasının proqramın ritmini aşağı salmasını, nömrələr arasında isə məntiqi keçidlərin olmamasını tənqid ediblər.


Bununla yanaşı, Şakiranın Burna Boy ilə birgə ifası və BTS qrupunun çıxışı izləyicilər tərəfindən şounun ən uğurlu hissələri kimi dəyərləndirilib.

Qeyd edək ki, fasilə şousu FIFA Global Citizen fondunun uşaqların təhsili və futbol layihələrinə dəstək məqsədilə təşkil olunub. Lakin əksər izləyicilər final matçının musiqili proqramdan daha maraqlı olduğunu bildiriblər.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO