Messi və Yamal dünya çempionatının finalında tarixi rekorda imza atdılar

Messi və Yamal dünya çempionatının finalında tarixi rekorda imza atdılar

Hazırda oxunan: Messi və Yamal dünya çempionatının finalında tarixi rekorda imza atdılar

626277

Argentina millisinin hücumçusu Lionel Messi və İspaniya yığmasının forvardı Lamin Yamal futbol üzrə 2026-cı il dünya çempionatının final oyununa start heyətində çıxmaqla mundial tarixində unikal yaş rekorduna imza atıblar.

Bizim.Media  TASS-a istinadən xəbər verir ki, dünya çempionatlarının finalları tarixində ilk dəfə start fitindən etibarən meydana çıxan iki futbolçu arasında yaş fərqi 20 ildən çox olub.
 

Hazırkı mundial zamanı Lionel Messinin 39, Lamin Yamalın isə 19 yaşı tamam olub. Beləliklə, onların arasında 20 ildən artıq yaş fərqi qeydə alınıb ki, bu da dünya çempionatlarının final oyunları tarixində ilk belə göstəricidir.


Final qarşılaşması bu gün ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunur. Turnirdə ilk dəfə 48 milli komanda iştirak edib. Mundialın son qalibi Argentina millisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO