Dünya çempionatının finalında 48 ildən sonra ilk yaşanacaq

Dünya çempionatının finalında 48 ildən sonra ilk yaşanacaq

Hazırda oxunan: Dünya çempionatının finalında 48 ildən sonra ilk yaşanacaq

626259

DÇ-2026-nın Argentina - İspaniya finalı dünya çempionatları tarixində diqqətçəkən hadisə ilə yadda qalacaq.

Bizim.Media xəbər verir ki, "The Touchline" nəşrinin məlumatına görə, 1978-ci ildən bəri ilk dəfə dünya çempionatının finalında "Bavariya"nın heç bir futbolçusu iştirak etməyəcək.
 

Almaniya nəhəngi son 12 dünya çempionatının finalında ən azı bir futbolçu ilə təmsil olunurdu və bununla təxminən 48 il davam edən unikal seriyaya sahib idi.


Lakin bu dəfə nə Argentina, nə də İspaniya millisinin heyətində "Bavariya"nın futbolçusu yer alıb.

Qeyd edək ki, Münhen klubunun təmsil olunmadığı son dünya çempionatının finalı 1978-ci ildə Argentina ilə Niderland arasında keçirilmişdi. İndi isə 48 ildən sonra həmin statistika yenidən təkrarlanacaq. (qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO