Braziliya FIFA və BMT-yə şikayət ünvanladı

Braziliya FIFA və BMT-yə şikayət ünvanladı

Hazırda oxunan: Braziliya FIFA və BMT-yə şikayət ünvanladı

626258

Braziliya Prezidenti Lula da Silvanın rəhbərlik etdiyi hökumət 2026-cı il dünya çempionatı zamanı baş verən irqçilik halları ilə bağlı BMT və FIFA-ya rəsmi şikayət edib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin məşhur “Globo” nəşri məlumat yayıb.
 

Nəşrin yaydığı məlumata görə, Braziliya tərəfi bu cür halların qarşısının alınması, araşdırılması və təqsirkarların cəzalandırılması üçün ciddi tədbirlərin görülməsini tələb edir. Lakin rəsmi müraciətdə irqçiliklə bağlı hansı konkret insidentlərin əks olunduğu barədə hələlik dəqiq açıqlama verilməyib.


Xatırladaq ki, Braziliya millisi DÇ-2026-da çıxışını 1/8 final mərhələsində başa vurub. “Sambaçılar” Norveç yığmasına 1:2 hesabı ilə uduzaraq mundialla vaxtından əvvəl vidalaşıblar.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı iyunun 11-də start götürüb və bu gün yekunlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO