“Ferentsvaroş” bu futbolçunu “Qarabağ”a satmaqdan imtina etdi

“Ferentsvaroş” bu futbolçunu “Qarabağ”a satmaqdan imtina etdi

Hazırda oxunan: “Ferentsvaroş” bu futbolçunu “Qarabağ”a satmaqdan imtina etdi

626203

Cebrail Makreçkisi "Qarabağ"a satan "Ferentsvaroş" Nabi Keyta ilə bağlı yekun qərarını verib.

Bizim.Media xəbər verir ki, Macarıstan nəhəngi qvineyalı ulduzunu "köhlən atlar"a satmaqdan imtina edib.

Premyer Liqamızın gümüş medalçısı 31 yaşlı mərkəz yarımmüdafiəçisi ilə bağlı danışıqlara başlamağa hazır olduğunu elan edib.

Lakin, macarlar onlarla müqaviləsi 2027-ci ilin yayınadək qüvvədə olan afrikalını düşərgədə saxlamağı planlaşdırdıqlarını diqqətə çatdırıb.

Nabi Keyta 2025-ci ilin yayından "Ferentsvaroş"un sıralarındadır.əsas heyətin dəyişilməz isminin transfer qiyməti 1,5 milyon avro olaraq göstərilir.

2012-ci ildən Qvineya yığmasına dəvət alan orta sahə oyunçusu daha çox "Liverpul"dakı çıxışı ilə məşhurdur.

Afrikalı ulduz 2018-2023-cü illər aralığında İngiltərə nəhənginin formasını geyinib. O, Mersisayd təmsilçisi ilə İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının, həmçinin digər nüfuzlu turnirlərin qalibi olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO