FIFA 2026 dünya çempionatından REKORD GƏLİR əldə etdi

FIFA 2026 dünya çempionatından REKORD GƏLİR əldə etdi

Hazırda oxunan: FIFA 2026 dünya çempionatından REKORD GƏLİR əldə etdi

626155

"The Guardian" nəşrinin yaydığı məlumata görə, 2026-cı il dünya çempionatı FIFA-nın tarixinə ən çox gəlir gətirən turnir kimi düşüb.

Bizim.Media xəbər verir ki, qurum turnirin keçirildiyi müddət ərzində ümumilikdə 15 milyard dollara yaxın rekord gəlir əldə edib.

Dünyanın müxtəlif ölkələrində yayım hüquqlarının satışı gəlirlərin böyük hissəsini təşkil edib.

Turnir çərçivəsində qlobal brendlərlə imzalanan sponsorluq müqavilələri və lisenziyalı məhsulların satışı ciddi artım nümayiş etdirib.
 

Stadionlarda azarkeşlərin yüksək iştirakı və bilet satışından daxil olan vəsaitlər rekord göstəriciyə çatılmasına kömək edib.


Ekspertlər qeyd edirlər ki, bu rəqəm FIFA-nın kommersiya strategiyasının nə dərəcədə səmərəli olduğunu göstərir. Əldə edilən bu rekord məbləğ təkcə turnirin təşkilati xərclərini deyil, həm də dünya üzrə futbolun inkişafı, müxtəlif proqramların maliyyələşdirilməsi və üzv assosiasiyalara edilən dəstəyin artırılması üçün istifadə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO