DÇ-2026: İngiltərə Fransaya qalib gələrək bürünc medal aldı - VİDEO

DÇ-2026: İngiltərə Fransaya qalib gələrək bürünc medal aldı - VİDEO

Hazırda oxunan: DÇ-2026: İngiltərə Fransaya qalib gələrək bürünc medal aldı - VİDEO

626115

İngiltərə futbol üzrə dünya çempionatında bürünc medallara sahib olub.

Bizim.Media xəbər verir ki, dünya çempionatının yarımfinalında Fransa ilə qarşılaşan ingilislər 6:4 hesabı ilə qələbə qazanıblar.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda İngiltərə komandasından Bukayo Saka rəqib qapısından 3 qol keçirib. Digər qolları isə Deklan Rays, Ezri Konsa və Cud Bellinqem vurub.

Fransa yığmasından isə Kilian Mbappe iki qolla yadda qalıb. Bununla da o, bu çempionatda vurduğu qolların sayını 10-a çatdırıb. Onun komanda yoldaşları Bradli Barkola və Usman Dembele isə hərəyə bir dəfə fərqələniblər.

Dünya çempionatının final matçı isə bu gün saat 23:00-da İspaniya və Argentina yığmaları arasında keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO