
- A-
- A
- A+
İdman
23:56 / 18.07.2026
Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər
Hazırda oxunan: Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər
626112
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Qalatasaray” futbolçusu Mario Lemina ilə yollarını ayıra bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Cim-bom” qabonlu yarımmüdafiəçi ilə yeni müqavilədə anlaşa bilmir.
32 yaşlı futbolçu “sarı-qırmızılar”dan 2 milyon avro imza pulu istəyir. “Qalatasaray” isə bu məbləği vermək niyyətində deyil. Tərəflər arasında yaxın zamanda son görüş baş tutacaq. Anlaşma olmazsa, Lemina ilə yollar ayrılacaq.
Qabon millisinin də üzvü olan futbolçu 2025-ci ilin fevralından “Qalatasaray”da çıxış edir.
İstanbul təmsilçisi bir neçə gün əvvəl argentinalı hücumçu Mario İkardi ilə vidalaşıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































