İspaniyanın "Deportivo" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, La Liqaya yüksələn kollektiv "Marsel"dən Pyer-Emerik Obameyanqı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Deportivo" qabonlu futbolçu üçün Fransa klubuna 1,5 milyon avro təzminat ödəyib. 37 yaşlı hücumçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulaan müqavilə imzalanıb.
Qeyd edək ki, Pyer-Emerik Obameyanq 2025/26 mövsümündə "Marsel"in heyətində bütün turnirlərdə meydana çıxdığı 41 rəsmi matçda 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:21 / 18.07.2026
Obameyanq İspaniya klubuna keçdi
Hazırda oxunan: Obameyanq İspaniya klubuna keçdi
Hazırda oxunan: Obameyanq İspaniya klubuna keçdi
626056
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































